Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyin təşkilatçılığı ilə könüllü gənclərin muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq müəssisələri ilə tanışlığı çərçivəsində növbəti ziyarət Naxçıvan şəhərində yerləşən “Cahan Sənaye Kompleksi” MMC-yə təşkil olunub.
Kompleksin Plastik Məmulatları Zavodunda gənclərə müəssisənin yaranma tarixi, fəaliyyəti və istehsal prosesi barədə məlumat verilib. Qeyd olunub ki, 1995-ci ildə Cahan Holdinq Açıq Səhmdar Cəmiyyətinin tərkibində yaradılan müəssisədə hazırda PPR boru və əlavə hissələrinin, PVC profillər və aksesuarlarının, eləcə də kombi və radiatorların istehsalı həyata keçirilir.
Görüş zamanı gənclər istehsalat prosesi və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.